Ölkənin "ən tənbəl" vətəndaşları: 49 gün yatdılar
05 oktyabr 2023 18:09 (UTC +04:00)

Ölkənin "ən tənbəl" vətəndaşları: 49 gün yatdılar

Monteneqroda ölkənin yumoristik ənənələrindən olan “uzun yalan” müsabiqəsinin qalibləri müəyyən olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki,  Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində Lidiya Markoviç və Filip Knezeviç müsabiqənin 49-cu günündə qalib olublar.

Avqustun 18-də Monteneqroda 21 iştirakçı ilə başlayan yarışmada qalib gələn Markoviç və Knezeviç 1000 avroluq mükafatı və “ən tənbəl vətəndaş” adını alıblar.

Bu il 12-ci dəfə keçirilən müsabiqənin qalibləri 1200 saata yaxın yataraq müsabiqə rekordu qırıblar.

Əvvəlki illərdə yarışma bir neçə gün davam etdiyi halda, iştirakçılara yatmaq, yemək-içmək ehtiyaclarını ödəmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verilirdi. Lakin ayağa qalxmaq qayda pozuntusu hesab olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2985
avatar

Oxşar yazılar