Oktyabrda  şəxsi həyatları   kəskin dəyişəcək BÜRCLƏR
29 sentyabr 2023 19:47 (UTC +04:00)

Oktyabrda şəxsi həyatları kəskin dəyişəcək BÜRCLƏR

Bir neçə bürc altında doğulanlar üçün payızın ikinci ayı şəxsi həyatlarına dəyişikliklər gətirəcək. 

Lent.az xəbər verir ki, bu həm evli, həm də subay insanlara aiddir.

Beləliklə, bu bürclərdən birinci Xərçənglərdir. Onlar ciddi dəyişikliklərə hazır olmalıdırlar. Bürcün nümayəndələri maraqlı insanlarla yeni tanışlıqlar gözlıyir. Üstəlik, görüşlər tamamilə gözlənilməz ola bilər.

Xərçənglərə xas olan zəka və cazibədarlıq həmsöhbətlərini laqeyd qoymayacaq. Həyata dair fikirlərinizi bölüşməkdən qorxmayın. Bu, bir-birinizi daha yaxşı tanımağa və yaxınlaşmağa imkan verəcək. Bürcün ailəli nümayəndələri üçün də yenilənmə vaxtı hesab olunur. Ümumi planları nəzərdən keçirməyə və partnyorunuzla yığılmış problemləri müzakirə etməyə dəyər.

Oktyabr ayı Oxatan bürclərinə əsl sevgi təcrübələri fırtınası bəxş edəcək. Bu bürcün altında doğulanlar, çox güman ki, fundamental həyat vəziyyətləri vaxtı onlara çox bənzəyən biri ilə tanış olmaq imkanı əldə edəcəklər. Əsl birlikdəlik və sevgi hissini yaşayacaqsınız. Özünüzü sərbəst buraxmaq və  romantik fantaziyalarınızı həyata keçirməyin tam vaxtıdır.

Oğlaqları da bu ay romantik görüşlər gözləyir. Tanışlıq hansısa tədbirdə, bəlkə də ortaq dostlar vasitəsilə baş tutacaq. Yeni tanışlığınız sizə çox uyğun olacaq.

Bu insan iddialı və məqsədyönlü şəxs kimi həyatınıza daxil olacaq. Bu birlikdəliyin məhsuldar və davamlı olacağı vəd edilir. Oğlaqlar yeni partnyorları ilə ciddi həyat məqsədlərinə çata biləcərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 34197
avatar

Sevinc Fərid

Oxşar yazılar