Oğlaq bürcünün  kişi və qadınlarının xarakteri necədir?
08 iyun 2022 09:41 (UTC +04:00)

Oğlaq bürcünün kişi və qadınlarının xarakteri necədir?

Saturn planetinin idarə etdiyi Oğlaq bürcü torpaq qrupuna aiddir. Oğlaq bürcündə doğulanlar özündən əmin, güclü xarakteri və sarsılmaz olması ilə tanınır. Bu vəziyyət xüsusən də oğlaqların xarici görünüşündə öz əksini tapır. 

Bəs, ayrılıqda oxatan bürcünün qadın və kişi nümayəndələrinin xarakteri necədir?  

Lent.az oxatan bürcünün xarakteristikasını təqdim edir: 

Oğlaq qadınlar 

Konkret mövzulardan xəbərdar olmağı sevən oğlaq bürcü qadınları güclü xarakterləri ilə bilinirlər. Onlar əliaçıq və səxavətli insanlardır. Amma oğlaq qadınları bəzən emosional çətinliklər yaşayırlar. Tez-tez depressiyaya düşürlər. İnsanlarla çətin münasibətdə olan oğlaq qadınlarını maraqlandıran tək şey işləridir. 

Sevgi münasibətlərində gəlib keçən hislərə yer verməzlər. İstədikləri adamı əldə edənə kimi özlərini zəif və qayğıya möhtac kimi göstərərlər. İstədiklərini əldə etdikdən sonra isə çox vaxt dəyişirlər. Qısası onu demək olar ki, oğlaq bürcü qadınları pişik kimi sevimli görünüb, sonda aslana çevrilirlər. 

Oğlaq qadınları qısqanc deyillər. Amma bütün qəlbi ilə sevən oğlaq qadınlarını incitmək asandır. Sadiqliyi ilə tanınan oğlaq qadınları həmişə daha çox sevilmək istəyirlər. 

Oğlaq bürcünün qadın nümayəndələri hislərini açıq şəkildə göstərmirlər. Buna görə də ətrafdakılara soyuq təəssürat yaradırlar. 

Bu bürcün qadınları işlərini çox sevirlər. Çalışdıqları yerdə ən yaxşısı olmaq istəyir. Onlar əsasən müəllimlik, yazıçılıq kimi sahələrdə daha çox uğur qazanırlar. 

Oğlaq kişilər

Özlərinə güvənən oğlaq kişiləri inadkar xarakterə malikdirlər. Heç kim onları istəmədikləri bir şeyi etməyə məcbur edə bilməz. İstədikləri şeydən asanlıqla əl çəkmirlər.

Bu bürcün kişiləri kifayət qədər çalışqandırlar. Ciddi görünən oğlaq kişiləri daxilən sevgi dolu və şəfqətli bir ürəyə sahibdirlər. Bu sərt görünüşlü bürcün kişi nümayəndələri əslində utancaq və emosionaldırlar.

Oğlaq kişiləri maddiyata düşkündür və çalışmaqdan zövq alır. Pul qazanmaq mövzusunda demək olar ki, onların tayı-bərabəri yoxdur. Fürsətləri qiymətləndirməyi bacarırlar. Tutumludur və qənaəti sevərlər. Pul qazanmaq və yaxşı mövqe tutmaq onlar üçün çox vacibdir. 

Oğlaq bürcü kişisi etibarlı və intizamlıdır. Sistemli və nizamlı olan şeyləri sevirlər. Hadisələri öz doğrusuna görə qiymətləndirir. Oğlaq kişiləri adətən iddialıdırlar. Buna görə istədikləri işdə ən yaxşı olmaq üçün çalışırlar.

Oğlaq bürcünün kişi nümayəndələri dostluğa çox əhəmiyyət verir və dostlarını yaxşıca araşdırıb seçər. Qatı qaydaları vardır və bu qaydaların xaricinə çıxmaq istəməz.

Onlar həmçinin öz azadlığına düşkündür və ikili əlaqələrdə qarşı tərəfin özünü sıxmasından və qısıtlamasından xoşlanmır. Şəxsiyyətinə uyğun bir qadınla birlikdə olmaq istəyər. Sevdiyi zaman sadiq və qısqanc bir yoldaş ola bilər. Daha çox ağıllı, baxımlı, nə istədiyini bilən, yəni özgüvənli  qadınlarla maraqlanırlar. İdeal bir yoldaş və ideal bir atadır. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək üçün əlindən gələn bütün səyi səfərbər edərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33810
avatar

Sevinc Fərid

Oxşar yazılar