O, 105 yaşını iş yerində qeyd etdi
17 oktyabr 2025 09:44 (UTC +04:00)

O, 105 yaşını iş yerində qeyd etdi

0

İtaliyanın Brunate şirkətinin rəhbəri Letisia Galli 105 yaşını iş başında qeyd edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, şrkətinin ofisində çəkilən videoda həmkarları 105 yaşını qeyd edən Letisiyaya iş masasının üzərinə qoyulmuş sənədlər arasında tort təqdim edirlər.

Kadrlarda Letisiyanın sənədlərlə məşğul olduğu, həmkarlarının isə ona şamlarla bəzədilmiş tort gətirdiyi görünür. Video sosial şəbəkələrdə paylaşılaraq insanları yubilyarı təbrik etməyə dəvət edib.

Bir neçə gün ərzində həmin video 1,5 milyon baxış toplayıb və dünyanın müxtəlif ölkələrindən izlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1396

Oxşar yazılar