Növbətçini aldadan pilotlar dumanda azdılar – təyyarə Şəkidə...   
12 iyun 2022 03:22 (UTC +04:00)

Növbətçini aldadan pilotlar dumanda azdılar – təyyarə Şəkidə...  

AZƏRBAYCANDA AVİAQƏZALAR SİLSİLƏSİNDƏN NÖVBƏTİ YAZI

Tarix: 26 yanvar 1938.

20-ci aviadəstənin təyyarə komandiri Yevlax aeroportundan təlim uçuşu üçün 08.40-da havaya qalxır.

Lent.az-ın xəbərinə görə, P-5 (Polikarpov) tipli təyyarənin komandiri və digər pilotun məqsədi rabitəni yoxlamaq idi. Onlar Yevlax üzərində uçacaqlarını bildirərək paraşüt götürmürlər. Hava dumanlı və uçuşa yararsız idi. Yevlax üzərində dövrə vuran təyyarə yerdən görünmürdü. Bir müddət sonra təyyarə ilə əlaqə kəsildiyi üçün Yevlax aerodromunda hamı narahat olmağa başlayır. 

Pilotlardan gün ərzində xəbər çıxmır. Səhəri gün təyyarəni Şəki sakinləri tapırlar – Kiçik Dəhnə kəndi ərazisində. Aeroportdan 35 km uzaqda.

Komissiyanın rəyinə görə, təyyarə güclü duman və şaxta şəraitində 750 metr yüksəklikdəki dağa çırpılaraq dağılıb. Hər 2 pilot həlak olub.

Meteoroloji məlumata görə həmin gün Şəkidə temperatur sıfırdan aşağı olub, güclü yağış yağıb. Güclü dumana görə görüş məsafəsi cəmi 4 metr idi. Bu şəraitdə nəinki təyyarə idarə etmək, heç piyada getmək mümkün deyil. 

Komissiya 2 faktı da aşkara çıxarıb: məlum olub ki, Yevlax aeroportunun radiomayakı sonuncu dəfə 1 il əvvəl yoxlanılıb. Təlimata görə isə hər 10 gündə 1 dəfə yoxlanma aparılmalı idi. Aeroport rəisi heç kimə məruzə etmədən mayakı işlədib.

Ən əsası, pilotlar növbətiçini aldadaraq 40 dəqiqə sonra uçacaqlarını desələr də, şturval arxasına keçən kimi havaya qalxıblar. Həm də hava haqqında məlumat almadan. 

QEYD: Sənəddəki yer adları bir qədər təhrif edilib. Kəndin adını tapa bilsək də (Kiçik Dəhnə - Кичик-Тогня), dağın adını (горы Чавурдасы) müəyyən edə bilmədik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4305
avatar

Oxşar yazılar