Küçə rəssamı Eməməm, mozaika motivlərindən istifadə edərək zədələnmiş səkilərdə, divarlarda, binalarda və yollarda möcüzələr yaradır.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Fransanın Lyon şəhərində yaşayan küçə sənətçisi Eməməm, səki, yol və divarlardakı çuxurları və çatlaqları rəngli mozaika ilə doldurur. Mozaika ilə təmir olunan küçə çuxurlarını görənlər isə gözlərini çəkə bilmirlər. Bəziləri həmin yerdən addımlayarkən bu gözəllikləri tapdalamağa da qıymır. İndi adi çuxurlar bir sənət əsərinə çevrilib. Birlikdə izləyək.