Den Sonders adlı Avstraliya sakini bankomatın sıradan çıxması sayəsində milyonçu olub. Ancaq sonda törətdiyi əməli özü etiraf etmək qərarına gəlib.
Lent.az xəbər verir ki, hadisə 2011-ci ildə şəhər restoranlarının birində baş verib. Den Sonders özü və dostları üçün sifariş verdiyi içkilərin pulunun ödəyə bilməyib. Ancaq bunun üçün gecəni sonlandırmaq istəməyib və buna görə də kredit hesabından pul götürmək qərarına gəlib. O, kredit hesabından təxminən 120 dollar köçürüb. Bank isə həmin bu əməliyyatı ləğv edib. Amma bank bunu Dan hesabında 100 dollardan çox pulun olduğunun fərqinə vardıqdan sonra edib.
O, nağd pulu çıxarıb və hamısını içkiyə xərcləyib. Daha sonra evə qayıdan Sonders yenidən öz “metodunu” təkrarlamaq qərarına gəlib və bu işə yarayıb. Sonders səhər tezdən bankomatların ümumi bank şəbəkəsindən ayrıldığını görüb.
Nəticədə o, iki hesabı arasında nağd pul köçürməklə “sonsuz” pula çıxış əldə edib. Əməliyyat ertəsi günə qədər bankda qeydə alınmayacaqdı, bu da borclara səbəb olacaqdı. Buna görə avstraliyalı kişi ancaq gecə yarısından sonra pul çıxara bilirdi. Bu da olduqca gözlənilən idi. Zaman keçdikcə o, artıq özünü idarə edə bilməyib və bu pulların miqdarını bir xeyli çoxaldıb.
Sondersə bildirir ki, o, bir çox bankomatdan 2 milyon dollardan çox pul çıxarıb və xərcləyib. Bu pulları bahalı yeməklərə, şəxsi təyyarələrə, kurortlara, qadınlara, dostlarının universitetdəki təhsilinə xərcləyib.
2014-cü ildə o, 111 dələduzluq və oğurluq cinayətlərində ittiham olunaraq həbs edilib. O, təxminən bir il Avstraliyanın yüksək təhlükəsizlik həbsxanasında yatıb.
"Məhkəmə işi qəribə idi. Çünki heç kim mənim nə etdiyimi başa düşməmişdi - nə hakim, nə də prokuror. Çox qəribə idi",-deyə Sonder bildirib.