Londonlular əyləncə xatirinə kütləvi şəkildə şalvarsız metroya düşüblər.
Lent.az bildirir ki, bu barədə “LadBible” xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə şahidləri “The Elizabeth” xəttinin qatarlarında alt paltarında ictimai nəqliyyatdan istifadə edən yüzlərlə qadın və kişini görüblər. Məlum olub ki, insanlar 2020-ci ilin mart ayında koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən dayandırılmış “No Trousers Tube Ride” şərəfinə şalvar, ətək və cins şalvardan imtina ediblər.
Bildirilir ki, tədbir qışda Britaniya paytaxtının sakinlərini və qonaqlarını şənləndirmək üçün nəzərdə tutulub. Yayılan kadrlarda fləşmobun gülərüz iştirakçılarının bir-biri ilə necə ünsiyyət qurması, orada olan digər insanların baş verənləri kameralarda lentə alması göstərilir.