Məşhur siyasətçilər...  Əslində onlar kim olmaq istəyirdi? - FOTO
17 dekabr 2020 13:31 (UTC +04:00)

Məşhur siyasətçilər... Əslində onlar kim olmaq istəyirdi? - FOTO

Dünyanın yeni tarixini yazan məşhur siyasətçilər arasında elələri də var ki, əslində özlərini tam başqa sahədə görmək istəyirdilər.
 
Lent.az Rusiya KİV-ə istinadən onlardan bir neçəsi barədə maraqlı məqamları təqdim edir.

ABŞ-ın 45-ci Prezidenti Donald Tramp gənc yaşlarında kino məktəbinə getmək arzusunda olub. Lakin “işgüzar aləm” onu daha çox cəlb etdiyindən Pansilvaniya Universitetinin biznes ixtisasına yiyələnib.

Şimali Koreyanın siyasi lideri Kim Çen - In uşaqlıqdan özünü böyük bir lider kimi görürdü. Təyyarələrə və gəmilərə çox maraq göstərirdi. Bəlkə də elə bu səbəbdən təyyarəçilik məktəbini bitirib.

Böyük Britaniyanın hakimiyyətdə olan kraliçası II Yelizaveta evdə təhsil alıb. Fransız dilini özü öyrənib. Müharibə illərində təcili yardım maşını sürüb və “leytenant” hərbi rütbəsinə yüksəlib.

Rusiya Prezidenti Vladimir Putin uşaqlıqdan idmanın döyüş növlərinə həvəs göstərib. Ancaq bu, onun məktəbdə yaxşı oxumasına mane olmayıb.

ABŞ-ın 44-cü prezidenti Barak Obama məktəb illərində basketbola həvəs göstərib. Yalnız həyat yoldaşı Mişell Obamanın sayəsində siyasətlə maraqlanıb.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev məktəb illərində yaxşı oxumaqla yanaşı, idmana həvəs göstərib. Ətrafındakıları asanlıqla cəlb etməyi bacarırdı. Bu xüsusiyyətinə görə onu məktəbin lideri kimi qəbul edirdilər.

Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili orta məktəbi qızıl medalla bitirib. İdmanı çox sevib. Daha çox basketbol və üzgüçülüyə üstünlük verirdi. Musiqi və xarici dillərə maraq göstərirdi. 

Ukraynanın keçmiş baş naziri Yulia Timoşenko peşəkar bədii gimnastika ilə məşğul olub. İdman sahəsində geniş biliyə malik olub. 

Ukrayna Prezidenti Vladimir Zelenski gənclik illərində ağır atletika, bal rəqsləri və fortepiano çalmağı sevirdi.

Tibet hökumətinin keçmiş başçısı Dalay Lamanın uşaqlığı çox kasıb keçib. Uşaqlıqdan bəri hər ilin üç ayını intensiv olaraq düşünür və bundan mənəvi güc alırdı.

Moskvanın meri Sergey Sobyanin məktəbdə əlaçı olub. Hətta institutu fərqlənmə diplomu ilə başa vurub. Elmə maraq göstərirdi.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17013
avatar

Oxşar yazılar