Castin Lin çəkilişlər zamanı Vin Dizellə yaranan problemə görə “Forsaj 10” filminin rejissoru postunu tərk edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyorun çəkilişlərə gecikdiyi, ssenarini öyrənmədiyi və lazımi fiziki forma saxlamadığı bildirilib.
Qeyd olunub ki, Dizelin davranışlarına görə Lin 10-20 milyon dollarlıq qonorardan imtina edib.
Xatırladaq ki, Castin Lin aprelin 27-də layihədən çıxdığını bəyan edib. O, bunun səbəbini “yaradıcı kollektivlə fikir ayrılıqları” ilə izah edib.