Məşhur hüquqşünasın  qeyri-spesifik KOLLEKSİYASI   -VİDEO
18 may 2022 01:14 (UTC +04:00)

Məşhur hüquqşünasın qeyri-spesifik KOLLEKSİYASI -VİDEO

Peşəsi hüquqşünas olan Kamandar Nəsibov ilk eksponatını maraq üçün aldığını deyir.

Lent.az APA TV-yə istinadla xəbər verir ki, muzeydə Yaponiya, İndoneziya, Tayland, Sinqapur, Filippin, Amerika sahilləri və digər məkanlardan olan balıqqulaqları toplanıb.

Müsahibimiz deyir ki, elə baqlıqqulaqları var ki, çəkisi 18-19 kiloqramdır, lakin balıqqulaqlarının qiyməti onun ölçüsündən yox, onun nadir nüsxə olmasından asılıdır. Kolleksiyaçının sözlərinə görə, elə eksponatlar var ki, onların ölkəyə gətirilməsi üçün rəsmi icazə də alıb.

Kolleksiyanı almaq məqsədi ilə Kamandar Nəsibova 300.000 dollar təklif ediblər. Ancaq onun arzusu Muzeyi vətəndaşlara və turistlərə nümayiş etdirməkdir. İnanırıq ki, növbəti dəfə buranı muzey kimi ziyarət edərik, gələcəkdə ölkəyə gələn turistlər də bu gözəlliyi seyr etmək şansı əldə edərlər...

# 1215
avatar

Oxşar yazılar