Kriştiano Ronaldonun  komanda yoldaşı idi,   indi SAAT SATIR
30 mart 2023 15:57 (UTC +04:00)

Kriştiano Ronaldonun komanda yoldaşı idi, indi SAAT SATIR

"Mançester Yunayted"in keçmiş futbolçusu Ramon Kallista zədəsi səbəbindən gənc yaşlarında yaşıl meydanlarla vidalaşıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş futbolçunun hazırda lüks saat markası mağazası işlətdiyi öyrənilib.

Premyer Liqa nəhəngi "Mançester Yunayted"in keçmiş futbolçusu Ramon Kallista yaşıl meydanlarla vidalaşdıqdan sonra yeni işi ilə təəccübləndirib. 16 yaşında "Mançester Yunayted"in transfer etdiyi Ramon Kallista nəhəng futbolçularla oynayıb.

Yarımmüdafiə mövqeyində oynayan və Rayan Giqqzin varisi kimi göstərilən Kallista əsas komandada oynamayıb, Kriştiano Ronaldo və Ueyn Runi kimi önəmli futbolçularla məşqlərdə iştirak edib.

Ser Alex Ferguson ilə görüş haqqında danışan Kalliste deyib: "Old Trafford”a gedəndə Ser Alex Ferguson ilə tanış oldum. Bu, inanılmaz bir təcrübə idi. Çox xüsusi idi".

“Qırmızı şeytanlar”ın ulduz namizədlərindən olan Ramon Kallista 2006-cı ildə dizindən aldığı zədə səbəbindən futbolu tərk etməli olub. 2013-cü ildə 250.000 dollar dəyərində olan öz saat markasını təsis edib. 37 yaşlı sabiq futbolçu hazırda Dubayda yaşayır.

# 1689
avatar

Oxşar yazılar