Keçən həftə britaniyalılar kraliça II Yelizavetanı xatırlayırdılar – sentyabrın 8-də onun vəfatından artıq üç il keçirdi.
Məlum olduğu kimi, kraliça II Yelizaveta 96 yaşında sümük iliyi xərçəngindən vəfat edib. Lakin müəllif kitabında yazır ki, monarx həkimlərindən ömrünü mümkün qədər uzatmağı xahiş edib, çünki diaqnoz ona əri, Edinburq hersoqu şahzadə Filipin ölümündən dərhal sonra qoyulmuşdu və kraliça taxtda olmasının 70 illik yubileyini görməyi çox arzulayırdı.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, dərc olunmuş kitabdan bir hissədə Borrell yazır ki, kraliça Yelizavetaya xərçəng diaqnozu 2021-ci ilin aprelində şahzadə Filipin ölümündən “cəmi bir neçə ay sonra” qoyulub.
“Bu, onun üçün ərinin itkisindən dərhal sonra dağıdıcı bir zərbə oldu”, - o kitabda qeyd edir.
Kraliça bu haqda öz “etibar dairəsi”ndən kənarda heç kimə deməyib, həmin dairəyə isə “pajlar, xidmətçilər və geyimçilər” daxil idi.
“Ailə üçün hər şey qaydasında görünürdü, lakin həkimlər onun yalnız Miladadək yaşaya biləcəyini proqnozlaşdırırdılar”, - Borrell davam edir.
“Kraliça cavab verib: “Çox təəssüf, axı gələn il mənim platin yubileyimdir və onu görməyi çox istərdim. Siz məni o vaxta qədər yaşada biləcəksinizmi?” – o həkimlərindən soruşub.
Bildiyimiz kimi, 2022-ci il mərhum kraliçanın 70 illik hakimiyyət yubileyi ilə yadda qalıb və bu, Britaniya monarxı üçün ilk platin yubiley olub. Ölkə boyu böyük bayram tədbirləri keçirilib və diqqət mərkəzində Yelizaveta olub.
Müəllif yazır ki, sağlamlığını qorumaq üçün mərhum kraliça “qan köçürmələrinə dözür və həkimlərin göstərişlərinə ciddi şəkildə əməl edirdi, sevimli cin-tonik, Dubonnet ilə cin və martinisindən imtina etmişdi”.
Onları isə “alma suyu (və bazar günləri özünə şirniyyat kimi tomat suyu) ilə əvəz edirdi ki, ömrünü uzatsın”.
Həkimlər “onun həyatını qoruyub saxladılar ki, o, bu əlamətdar hadisənin şahidi olsun”, lakin kraliçanın keçmiş xidmətçisi qeyd edir ki, mərhum monarx “bütün bu müddət ərzində öldüyünü bilirdi”.
Kral ailəsinin üzvləri kraliça II Yelizavetanın səhhətindəki problemlərin ciddiliyindən “yalnız son bir neçə ayda” xəbər tutublar, - Borrell yazır. Kraliça “ailəni narahat etməmək üçün onları bilərəkdən xəbərsiz saxlayırdı”, amma mərhum monarxın diaqnozunu gizli saxlamaq üçün daha bir səbəbi də var idi.
“O həmçinin narahat idi ki, xəstəliyi regentliyə yol aça bilər”, - Borrell iddia edir.
“Bu, onun üçün iyrənc idi. O, sona qədər hökmranlıq etmək istəyirdi və qətiyyən regentliklə idarə olunan xəstə kraliça olmaq istəmirdi”.