Böyük Britaniya kralı III Çarlz “fua-qra” adlı fransız yeməyindən istifadəni qadağan edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu yemək qaz və ya ördək ciyərindən hazırlanmış fransız yeməyidir.
Qeyd edək ki, yeməyi hazırlamaq üçün qaz və ördəklərin boğazlarına metal borular taxılır. Borular vasitəsilə hər gün 2 kiloqram taxıl onların mədələrinə vurulur və bu da quşların öldürülməmişdən əvvəl ciyərlərinin şişməsinə səbəb olur.