Körpə uşağı böyük qızına həvalə edən ana qandallandı
01 may 2022 07:19 (UTC +04:00)

Körpə uşağı böyük qızına həvalə edən ana qandallandı

Bu qəribə hadisə 2020-ci ilin aprelində ABŞ-ın Corciya ştatında baş verib.

Lent.az-ın xəbərinə görə, pandemiyaya görə uşaq bağçası bağlanıb. 

5 uşaqlı tənha ana 4 yaşlı uşağa baxmağı 14 yaşlı qızına həvalə edib. İlk vaxtlar hər şey qaydasında olsa da, bir gün uşaq nəzarətdən yayınaraq evin bağçasında oynayıb. Bunu görən qonşu polisə xəbər verib. Polis 1 həftə sonra evə gələrək qadını qandallayaraq bölməyə aparıb. Ona qarşı ehtiyatsız davranış ittihamı irəli sürülüb. İdarədə qadına bildirilib ki, uşaq tək oynadığı halda oğurlana, ilan sanca və ya maşın vuera bilərdi.

Təqsiri sübuta yetirilsə qadını 1 il həbs və 1000 dollar cərimə gözləyir. Müdafiə tərəfinin vəkili bu ittihamı absurd hesab edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2257

Oxşar yazılar