Kasıb balıqçılar adam ağırlıqda balıq tutub varlandılar
26 oktyabr 2021 20:52 (UTC +04:00)

Kasıb balıqçılar adam ağırlıqda balıq tutub varlandılar

Adam böyüklüyündə balıq Hindistanın kasıb balıqçılarını varlandırıb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 5 balıqçılarının toruna Kopura çayında çəkisi 78,4 kiloqram olan yaşıl nibeya balığı düşüb.

Onların dediyinə görə, əvvəllər böyük balıq görüblər, lakin ilk dəfə idi ki, belə böyük bir balıq tuta biliblər.

Ertəsi gün balıqçılar ovlarını Sundarbandakı topdansatış bazarına apararaq satıblar. Hərracın gedişində balığın qiyməti 3,5 milyon rubla  (təxminən 84 min manat) qədər yüksəlib. 

Yaşıl nibeya - çəhrayı qızıl balıq ailəsindəndir.

Bu Hind okeanının şimalında və Sakit okeanının qərbində yaşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Hind-Çin və Avstraliyanın şimalındakı çayların deltalarında da rast gəlinə bilər.
 

# 15918
avatar

Oxşar yazılar