Kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosu əldə edilib. NASA bu görüntüləri Ceyms Vebb kosmik teleskopu vasitəsilə əldə edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir. O NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırlanıb.
Teleskopun 13.5 milyard il əvvəlki Böyük Partlayışdan sonra əmələ gələn ilk ulduzların işığını yaxalayaraq kainatın tarixinin bütün mərhələlərinin öyrənilməsi əsas istiqamətlərdən hesab olunur. Bu görüntülərin əldə edilməsi üçün 6 il hazırlıq işləri aparılıb.
Qeyd edək ki, teleskopun əldə etdiyi görüntülər ABŞ prezidenti Co Baydenə də nümayiş etdirilib.