Kainatdakı həyat Böyük Partlayışdan  bir neçə saniyə sonra ortaya çıxdı
12 dekabr 2023 10:17 (UTC +04:00)

Kainatdakı həyat Böyük Partlayışdan bir neçə saniyə sonra ortaya çıxdı

Təxminən 4 milyard il əvvəl planetimizdə həyat yaranıb. Bu, 13,8 milyard il olduğu güman edilən Kainatın tarixində əlamətdar bir mərhələdir. 

Lent.az xarici KİV-ə istinadən xəbət verir ki, amerikalı astrofizik Pol Satter bu fərziyyədən Space üçün yazdığı məqalədə danışır.

Aparılan araşdırma nəticəsində məlum olub ki, kainatdakı həyat Yer kürəsindən daha qədim ola bilər. İndi həyat terminini təyin edən bir neçə yüz elmi araşdırma var. Amma Sutterə görə, həyat Darvinin təkamülünə tabe olan hər şeydir.

Yer üzündə həyat ən azı 3,7 milyard il əvvəl yaranıb. O vaxta qədər mikroskopik orqanizmlər artıq kifayət qədər mürəkkəbləşmişdi və onlar bir çox cəhətdən müasir olanlara bənzəyirdi. Bu orqanizmlər məlumat saxlamaq üçün DNT-dən, bu məlumatı zülallara çevirmək üçün RNT-dən, ətraf mühitlə qarşılıqlı əlaqədə olmaq və DNT-nin surətlərini çıxarmaq üçün zülallardan istifadə edirdilər. Beləliklə, bu, Darvinin təkamülünün əsasını təşkil edib.

Ancaq bu mikroorqanizmlər haradansa gəlib. Əgər həyat təkamül edən bir şeydirsə, deməli, keçmişdə Yer üzündə həyatın daha sadə variantı var idi ki, daha əvvəllər də meydana çıxıb. Yəni bu həyat 4 milyard ildən çox əvvəl yarana və o, təkcə Yerdə deyil, Mars və Venerada da peyda ola bilərdi.

Bildiyimiz kimi həyat hidrogen, oksigen, karbon, azot və fosfora ehtiyac duyur. Böyük Partlayışdan sonra ilk dəqiqələrdə meydana çıxan hidrogendən başqa ulduzların dərinliklərində kimyəvi elementlər də yaranır. Yəni, zəruri elementləri yaradan ən azı bir və ya iki nəsil ulduz varsa, o zaman Kainatın müxtəlif yerlərində Yerə bənzər həyat görünə bilər. Beləliklə, həyat 13 milyard ildən çox əvvəl, ilk ulduzların göründüyü vaxt yarana bilərdi. Çox güman ki, bu, Kainatın yaranmasından bir neçə yüz milyon il sonra baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4785
avatar

Fidan İlqar

Oxşar yazılar