Britaniyalı xanım Linn Karr jurnalist fəaliyyətini donduraraq fotomodel kimi özünü sınayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı britaniyalı jurnalistin qazancı evli kişilərdən gəlir.
O, alt paltarında kamera qarşısına çıxaraq pozalar verir.
Özünün dediyinə görə, ildə 114 min funt-sterlinq (təxminən 254 min manat) qazanır.
O, 1900 abunəçi onun "OnlyFans"da foto və videolara görə, hər ay 5 funt ödəyir. Müştərilərin çoxu öz fantaziyalarını Karrda tapan evli kişilərdir.
Bundan başqa, kişilər Karrın video söhbətlərinə görə dəqiqəsinə 4 funt-sterlinq (təxminən 9 manat) ödəyirlər.
Karr qazancının bir hissəsini xeyriyyə fondlarına bağışlayır. Xərçəng xəstəliyindən saçı tökülən uşaqlar üçün parik hazırlayan xeyriyyə təşkilatına da pul bağışlamağı da planlaşdırıb.