“Instagram”  tarixinə düşdü
22 mart 2023 14:36 (UTC +04:00)

“Instagram” tarixinə düşdü

Amerikalı müğənni və aktrisa Selena Qomez 400 milyon izləyiciyə çatan ilk qadın olmaqla “Instagram” tarixinə düşüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bir neçə həftə əvvəl ulduzun auditoriyası 381 milyon abunəçini keçib. Beləliklə, Selena sosial şəbəkənin ən məşhur qızı - Kayli Cenneri qabaqlayıb.

Bununla belə, bu ilin mart ayının ortalarında onun izləyicilərinin sayı 400 milyona çatıb. Beləliklə, o, Ariana Qrande, Beyons, Kim Kardaşyan, Teylor Svift və Kendel Cenneri də qabaqlayıb.

Ehtimal olunur ki, müğənninin populyarlığının sürətlə artmasına səbəb onun, Heyli Biber və Kayli Cenner arasında son vaxtlar yaranmış dava olub. İctimai qalmaqala görə Selena Qomez bir müddət şəbəkədən ayrıldığını açıqlayıb.

Bundan əvvəl Selena Qomezin səhnədə insult keçirə biləcəyini etiraf etdiyi bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3051
avatar

Oxşar yazılar