İngiltərədə hər il ənənəvi olaraq oxucuların səsverməsi ilə keçirilən "Premyer Liqanın ən gözəl futbolçu qadınları" sorğusu yekunlaşıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Mançester Siti”də oynayan İlkay Gündoğanın nişanlısı Sara Arfaui də siyahıda yer alıb.
Sara 9-cu sırada
11 nəfərlik gözəllər komandasına 9-cu sıradan daxil olan Sara haqqında ingilis futbolsevərlər deyib: “O, gözəlliyi ilə yanaşı İlkaya verdiyi dəyərlə də seçilir, hər oyuna gedir və sevgilisinə uğurlar gətirir”.
Marta Diaz
Siyahıdakı üçüncü gözəl isə “Tottenhem”in ulduzu Serxio Reqilnin sevgilisi Marta Diazdır.
Marta Diaz
Siyahıda “Tottenhem”in daha bir ulduzu Likas Mouranın həyat yoldaşı Larissa Saad da var.
Larissa Saad
Yeri gəlmişkən, Məsut Özil “Arsenal”da forma geydiyi zaman onun həyat yoldaşı Əminə Gülşə də bu siyahıya düşmüşdü.
Əminə Gülşə
Ən gözəli İzabel seçilib
"Çelsi"nin ulduzu Kovaçiçin həyat yoldaşı İzabel ən gözəl seçilib.