İlin ilk Günəş tutulması aprelin 30-da Qara Ay kimi tanınan ikinci yeni ay ilə üst-üstə düşəcək.
Lent.az xəbər verir ki, Günəş tutulması Ayın Günəş və Yer arasındakı bir xəttə çevrildiyi və planetimizə kölgə saldığı zaman baş verir. Ancaq bu tutulma yalnız qismən olacaq.
Həmçinin, tutulmanı yalnız Yer kürəsinin müəyyən bölgələrində yaşayan sakinlər görəcək. O, yalnız Antarktida, Cənubi Amerika, Sakit və Atlantik okeanlarının bəzi hissələri üzərində görünəcək.
Günəşin qismən tutulması aprelin 30-da baş verəcək. Bu fenomen Bakı vaxtı ilə saat 22:45-də başlayacaq, maksimum tutulma mayın 1-də saat 00:41-də baş verəcək və saat 02:37-də başa çatacaq.