Həbsxana işçisi  məhbusla sevişdi:   Görün başına nə gəldi?
20 sentyabr 2022 19:58 (UTC +04:00)

Həbsxana işçisi məhbusla sevişdi: Görün başına nə gəldi?

Böyük Britaniyada həbsxana məmuru Xloya Cons oğurluqda təqsirli bilinən məhbus Filip Kinqlə münasibətdə olub və nəticədə o özü həbsxanaya düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın 2017-ci ildə Liverpuldakı “HM Prison Altcourse”də mühafizəçi işləyərkən məhbusa aşiq olduğunu bildirib. Cons və Kinq münasibətə başlayıblar. Qadın deyib: "Biz tez-tez bir-birimizi görürdük, salam verirdik və…”

Kinq həbsxanadan qaçanda Cons ona öz evində yaşamağa və avtomobilindən istifadə etməyə icazə verib. Eyni zamanda o, cəzaçəkmə müəssisəsində işləməyə davam edib və həmkarlarına qaçan məhbusu gizlətdiyini deməyib.

Bu hüquq-mühafizə orqanlarına məlum olanda Cons və Kinq oğurlanmış avtomobillə qaçıblar. Qadın polisin təqibindən sonra həbs edilib, lakin o, əvvəlcə cinayətdə ittiham olunmayıb. Həmçinin tutulan Kinq cəzasına 36 ay əlavə edilərək həbsxanaya qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5667
avatar

Oxşar yazılar