Avstraliyada gözəllik salonlarında yeni qayda artıq geniş tətbiqini tapıb.
Lent.az-ın xəbərinə görə, söhbət müştəri ilə ustanın söhbət etməməsindən gedir. Yəni, usta işini görəcək, müştəri də sakit dayanacaq. İş qurtaranda sağollaşıb gedəcək.
Əslində yeni qaydadan ustalar daha çox razıdır. Çünki müştəri danışmayanda onlar da diqqətlərini cəmləyə bilirlər. Bir də ki, bəzən çox danışan müştəri növbədə gözləyənləri narahat edir.
Təbii ki narazılar da var. Salona qeybətə gələn qadınlar yeni qayda ilə razılaşmadığı üçün salonlar da belə demək mümkünsə ikiyə bölünür: sakit və söhbətcil salonlar.