Belçikalı ər-arvad 24 illik sirlərini nəhayət açıblar.
Lent.az xəbər verir ki, ailə 1998-ci ildə lotereyada 20 milyon franklıq cek pot qazanıb (indiki ekvivalentlə 1 milyon AZN). Lakin ər-arvad söz veriblər: bu barədə heç kimə 1 kəlmə belə danışılmayacaq. Hətta uşaqlara da.
Bu günlərdə isə ailə məsələni uşaqlarına danışıb və vəsaiti 2 uşağın arasında bölüblər. Onlar da vəsaitlə biznes qurmağa qərar veriblər.
Jurnalistin, 24 il niyə məsələni gizləmisiniz sualına ailə başçısının cavabı belə olub: “hamı düşünür ki lotereyadan gələn gəlir göydəndüşmə puldur. Bütün tanışlar gəlib istəyəcəkdi”.