Ən çox  yalan danışan   bürclər hansılardır?
22 aprel 2022 12:57 (UTC +04:00)

Ən çox yalan danışan bürclər hansılardır?

İnsanlararası münasibətlər bir çox amillərdən asılıdır. Bu amillərdən ən mühümü səmimiyyətdir. Məhz səmimiyyət münasibətlərin düzgün bünövrə üzərində inkişafını şərtləndirir. 

İnsana xas olan digər xüsusiyyətlərdən biri və ən çox rast gəlinən isə yalandır. Şübhəsiz ki, həyatımızda bir dəfə də olsun yalan danışmışıq. Amma yalan danışmağın da bir sərhədi var. Bəzən yalan danışanları bürclərinə görə ittiham edirlər. Düşünürlər ki, insanın yalan danışmağı onun bürcündən aslıdır. 

Bəs, ən çox yalan danışan bürclər hansılardır ? 

Lent.az ən çox yalan danışan bürcləri təqdim edir: 

Qoç 

Qoçlar bir şeyi etmək istəməyəndə yalan danışmağı sevir. Amma onlar çox bacarıqlı yalançı deyillər. Çünki onların nə özünü müdafiə, nə də uydurmaq qabiliyyəti var. Qoçların yalan danışdığını asanlıqla başa düşmək mümkündür. 

Əkizlər 

Əkizlər adətən bilərəkdən yalan danışır. Ancaq bunu müəyyən etmək praktiki olaraq mümkün olmur. Çünki onlar çox məharətlə aldatmağı bacarır. Buna görə də onlar bir şeyi doğru desələr belə, danışıqlarına şübhə ilə yanaşılır. 

Qız 

Qız bürcləri yalan baxımından çox unikaldır. Onlar çox vaxt yalan danışmırlar. Yalan danışanda bunu kiminsə xətrinə dəyməmək və xeyirli iş məqsədilə edirlər. Qəribəsi budur ki, onlara qarşı yalan danışılanda isə  qarşı tərəfdən incimirlər. 

Əqrəb 

Əqrəblər yalanlarının üzə çıxması üçün hər şeyə hazır olan ən qorxulu yalançılardır. Onlar yazıqlılıq hissi yaratmaq və ya insanları manipulyasiya etmək üçün çox bacarıqlıdılar. Demək olar ki, ən yalançı bürclər əqrəblərdir. Bu bürclərlərlə ehtiyatlı olmaq lazımdır. 

Oğlaq 

Oğlaq bürcləri əks cinsin hörmətini qazanmaq üçün yalan danışmağı sevirlər. Bununla yanaşı, onlar mövcud olmayan statusunu göstərmək üçün də yalana əl atırlar. Qısası, bu oğlaqları çox yalan danışan və yalanları da asanlıqla bilinən bürc kimi hesab etmək olar. 

Balıqlar

Bu bürcün nümayəndələri çox yalançıdırlar. Hətta əqrəblərdən daha çox deyə bilərik. Bu insanlar hamı kimi görünmək üçün özlərini yalanlarla ifadə edirlər. Onlar özləri, uğurları və şəxsi həyatları haqda nağıl danışmağı sevirlər. Amma balıqların yalanlarını tutmaq çox da çətin deyil. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6321
avatar

Sevinc Fərid

Oxşar yazılar