06:12 5 may 2021

Emojilərdən necə istifadə etməli? - İNANILMAZ EFFEKT

Facebook-da emoji olan yazılar 57% daha çox layk və 25-30% daha çox repost alır.

Emojilərdən təqdimat və şərhlərdə istifadə edilməsi layk sayını 33% artırır. Həmçinin emoji emosiyalarınız nə qədər güclüdürsə, o qədər daha çox reaksiya alacaqsınız. Kontekst, emoji, vaxtın düzgün planlanması nəticəsində auditoriya 3 dəfə arta bilər.

  • Yeni başlayanlar üçün emoji-bələdçi

İnsanlar, əsasən fərqli emosiyaların ifadəsi üçün emojilərdən istifadə edirlər. Biznes hesabları isə müəyyən simvollara pul, infoqrafika və s. üstünlük verir. Ancaq emojilərin əsas məqsədi emosiyaları insanlaşdırmaqdır. Hətta biznes səhifəsində belə insanca danışmağa çalışın. Paylaşımları daha parlaq, cəlbedici edən emojilərdən istifadə edin.

  • Emojilərin mənalarına fikir verin

Emojilərin istifadəsinin əsas qaydaları hər bir səhifə üçün universaldır. Səhifənin mövzusuna uyğun gəlin və mənalarına görə emojilərdən istifadə edin. Birincisi, hər bir şey olduqca sadədir. Məsələn, heyvanlar ilə bağlı olan emojilər uşaq malları satan onlayn mağaza və bankın səhifəsinə uyğun deyil. Ancaq ikinci məqamda təcrübəli SMM-də də çaşqınlıq yarana bilər. Hazırda 3000-dən çox emoji mövcuddur. Çaşqınlığın yaranmaması və sizi məsxərəyə qoymamaları üçün emojipedia.org saytından istifadə edin. Burada emojilərin lüğətini tapa bilərsiniz. Yeniliklər haqqında məlumatlı olmaqla yanaşı, emojilərin fərqli cihazlarda necə görünəcəyini də təxmin etmək olar.

  • İstifadəçilərdən sonra təkrarlayın

İzləyicilərinizin ən çox hansı emojilərdən istifadə etdiyinə diqqət edin və siz də onlardan istifadə edin. Bu şəkildə istifadəçilər ilə eyni dildə danışacaqsınız. Bu cür nüanslar ilə işləməklə müştəri ilə ortaq bir dil tapmaq olar.

  • Emojilərin cümlə quruluşunuzun dəyişməsinə icazə verməyin

Emojilər özlərindən əvvəl gələn cümləni necə başa düşəcəyinizə dair təlimat verən bir növ durğu işarəsidir. Bunları gələcək nəslin durğu işarəsi adalandıra bilərik. Əgər emojinin qoyulacağı yeri dəqiq bilmirsinizsə, bu cümlənin və ya fikrin sonu ola bilər. Bir hekayə danışırsınızsa, onu kəsməyin və hekayənin son akkordu kimi sonuna emoji əlavə edin. Unutmayın ki, emojilər mətni tamamlayır və mətnə xüsusi vurğu əlavə edir. Bu səbəbdən bir cümlədə sözlərin əvəzinə, yaxud hər sözün yanında emojilərdən istifadədən qaçın. Çünki bu halda mətni oxumaqda çətinlik çəkəçəksiniz. Cümlədə həddən artıq emojilərdən istifadə edilməsi, mətnin oxunaqlığını azaldır, gözləri yorur və cümlənin mənasını anlaşılmaz edir. Nəticədə, cümlə bitsə də, ortada fikir olmur.

  • Heç bir badımcana yer yoxdur!

Emoji ilə bağlı daha bir vacib məqam. Əgər hər-hansı bir emoji insan vücuduna bənzəyirsə, bu o tam da ona oxşadılmalı olan şeydir. Bütün dünyada badımcan emojisinin badımcan yeməkləri ilə heç bir əlaqəsi yoxdur. Yemək reseptləri istisna olmaqla, bu emoji hər-hansı mətndəki ən seksual eyhamlardan biridir. Həmçinin insanların başqa mənalar yüklədiyi emojilərdən çalışın ki, uzaq durasınız. Bunlar hot-doq, banan, şaftalı, joystik, tər damcısı və s.-dir.

  • Şərhlər ilə çalışın

Neqativ situasiyalarda belə pozitiv emojilərdən istifadə etməyə çalışın. Məsələn, üzr istəmək lazım olduğu və peşman olduğunuzu göstərən neqativ emojilərdən istifadə etmək əvəzinə, vəziyyəti düzəltmək istədiyinizi və buna görə çalışacağınızı bildirən emojilərdən istifadə etməkdə fayda var. Bu yolla, hər şeyin nəzarətiniz altında olduğunu göstərəcəksiniz./"facemark"

# 708
avatar

Oxşar yazılar