Amerikanın Tennessi ştatının Makevan şəhərindəki duz anbarında işçilər insan ürəyi tapıblar.
Lent.az xəbər verir ki, işçilər duzlu su məhlulu hazırlamaq üçün anbardan duz çəkərkən qəribə formalı daşa bənzəyən bir obyekt görüblər. Diqqətlə yoxlanılan zaman obyektin insan ürəyi olduğu üzə çıxıb.
İlkin müayinə zamanı ürəyin yetkin bir kişiyə aid olduğu məlum olub.
Qeyd edək ki, mütəxəssislər ürəyin kimin olduğunu müəyyən etmək üçün DNT testi aparacaqlar.