Duş qəbulunda  bunları etməyin
25 aprel 2023 13:31 (UTC +04:00)

Duş qəbulunda bunları etməyin

Duş qəbul etmək bəzi insanlar üçün sadəcə təmizlik işi olsa da, əksəriyyətimiz üçün böyük zövqdür. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, duş qəbul edərkən bəzi vərdişlər dəriyə zərər verir. 

1. Çox isti suda çimmək

Çox isti suda çimmək dərinizə yaxşı deyil. İsti su əvəzinə ilıq su ilə duş qəbul edin.

2. Uzun müddət duşda qalmaq

Kiçik ikən hamamdan çıxanda əllərinizin qırışmış görünüşü çox gülməli və əyləncəli idi, amma o qırışlı görüntü əslində dərinizin nəmini itirməsi deməkdir. Buna görə çox uzun müddət duş qəbul etməyin.

3. Dərinizi nəmləndirməmək

Dərinizin növündən asılı olmayaraq, duş qəbul etdikdən sonra bədəninizin nəmə ehtiyacı var. Hər duşdan sonra bədəninizi dəri tipinizə uyğun nəmləndirici ilə nəmləndirin.

4. Duş qəbul edərkən üzü yumaq

Vaxta qənaət kimi görünsə də, duş qəbul edərkən istifadə etdiyiniz suyun temperaturu üzünüzü yumaq üçün ideal su temperaturu deyil. Uzun müddət buxar və istiyə məruz qaldığı üçün üzünüz çox həssas olacaq və dərinizdə qıcıqlanmaya səbəb ola bilər.

5. Saçlarınızı hər gün yumaq

Saçlarımızın da bədənimiz qədər nəmə ehtiyacı var. Əgər saçınızı hər gün yusanız, saçlarınız nəmini itirəcək. Xüsusilə isti yay günlərində hər gün, bəzən gündə bir neçə dəfə duş qəbul etmək ehtiyacı hiss edə bilərik, amma hər dəfə saçlarımızı yumamalıyıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Arzu Qurbanlı

Oxşar yazılar