Avstraliyalı blogger Li Halton "Coachella" musiqi festivalındakı çıxışından sonra "dünyanın ən gözəl qızı" adlandırılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 25 yaşlı influencer izləyicilərinə tədbir üçün seçdiyi imicini göstərən bir sıra foto və video paylaşıb.

Onun paylaşımları internetdə yayılıb və müxtəlif sosial şəbəkələrdə milyonlarla baxış və minlərlə şərh qazanıb.

"Deyəsən, dünyanın yeni bir “ən gözəl qızı' tapılıb”, "İnana bilmirəm ki, bu, əsl insandır. O, o qədər gözəldir ki, neyron şəbəkəsinə bənzəyir" və "Qeyri-real gözəllik", - çoxsaylı fanatlar şərh ediblər.