Dünyanın yeddi möcüzəsindən  İKİSİ yaxındaymış
12 yanvar 2023 10:34 (UTC +04:00)

Dünyanın yeddi möcüzəsindən İKİSİ yaxındaymış

Dünyanın yeddi möcüzəsindən ikisinin Türkiyədə olduğunu bilirsinizmi?

Lent.az TRT-yə istinadən bildirir ki, Yeddi rəqəmi antik dövrdə mükəmməllik vә bolluğu təmsil edirdi. Hazırlanan siyahılarda yeddi rəqəminə böyük əhəmiyyət verilirdi.  Onlardan biri olan Dünyanın 7 möcüzəsi siyahısı klassik antik dünyanın ilk və ən diqqətəlayiq nümunəsidir. Qədim dövrlərdən bu günə qədər Aralıq dənizi ətrafında dünyanın ən möhtəşəm təbii və süni gözəlliklərinin toplanması ilə yaradılan siyahıdakı yeddi möcüzədən ikisi Anadoludadır.

Dünyanın möcüzələri arasında yer alan Artemida məbədi Türkiyədə yerləşir. İzmirin Səlcuq rayonunda və Efes Antik şəhərindən təxminən 4 km məsafədə yerləşən məbədin eramızdan əvvəl 4-cü əsrdə inşa edildiyi bildirilir. Məbədin 550-ci ildə tikildiyi təxmin edilir. Tamamilə mərmərdən inşa edilmiş və tikintisi təxminən 120 il davam edən Artemida məbədindən yalnız bir neçə mərmər qalığı qalıb.

Türkiyedə yerləşən digər möcüzəvi tikili isə Halikarnas mavzoleyidir. Bu gün məşhur istirahət mərkəzi Bodrumun sərhədləri daxilində  yerləşən mavzoley eramızdan əvvəl 350-ci ildə inşa edilib. Kariya kralının həyat yoldaşı və bacısının göstərişi ilə Kral Mausolos üçün inşa edilən tikili böyük bir zəlzələ nəticəsində dağılıb. 15-ci əsrdə səlib yürüşləri zamanı bölgəyə gələn ordular Bodrum qalasını inşa edərkən, qalanın tikintisində məqbərənin parçalarından istifadə ediblәr. Buna görə də Halikarnas məqbərəsinin xarabalıqları açıq hava muzeyi kimi görünə bilər. Abidənin bəzi hissələri İngiltərədəki Britaniya Muzeyində nümayiş etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Oxşar yazılar