Dünyanın ən yaşlı toyuğu  rekordlar kitabına düşdü: suçiçəyi də keçirib
13 avqust 2025 20:00 (UTC +04:00)

Dünyanın ən yaşlı toyuğu rekordlar kitabına düşdü: suçiçəyi də keçirib

ABŞ-ın Texas ştatında yaşayan Perl adlı ev toyuğu rəsmi olaraq dünyanın ən yaşlı diri toyuğu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. 13 mart 2025-ci ildə onun 14 yaşı tamam olub. Rekordun qeydə alındığı 22 may tarixində onun yaşı 14 il 69 gün olub. Bu, təsirli nailiyyətdir, çünki ev toyuqlarının orta ömrü adətən 3 ildən 10 ilə qədər olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Perl sadəcə bir toyuq deyil, Texas ştatının Litl Elm qəsəbəsində yaşayan Hull ailəsinin tamhüquqlu üzvüdür, ona xüsusi sevgi və qayğı ilə yanaşılır. Onun sahibi Sonya Hull Perli evindəki inkubatordan çıxmış bir cücə olaraq böyüdüb.

İndiyədək, Perlin ayağı sınıb, hətta toyuqlarda da rast gəlinən suçiçəyi xəstəliyini belə keçirib.

Yaşlandıqca Perl artrit səbəbindən daha az hərəkətli olub. Buna görə də onun qayğıkeş sahibi sevimli toyuğu üçün paltaryuyan otağında xüsusi bir yer düzəldib ki, orada rahat istirahət edə bilsin. Buna baxmayaraq, Perl hər gün çölə çıxaraq günəşdə isinməyə və lələklərini qabartmağa çalışır. Lakin isti Texas günəşi yaşlı toyuq üçün çox ağır olduğundan o, uzun müddət çöldə qala bilmir.

Uzunömürlü toyuğun rasionu da diqqətçəkəndir. O, hər gün təzə ispanaq və kahı ilə, eləcə də xüsusi meyvə və qoz-fındıq, həmçinin toyuq yemi ilə qidalanır. Amma Perli xoşbəxt edən təkcə yeməyi deyil.

O, paltaryuyan otağında parçaya bürünüb istirahət etməyi çox sevir. Bundan başqa, Sonyanın sözlərinə görə, o, sahibi ilə birlikdə yatmağı da sevir.

Yaşına baxmayaraq, Perl hələ də təəccübləndirə bilir. Yumurtlama qabiliyyəti azalsa da, “Ginnesin Rekordlar Kitabı” tərəfindən titulunun təsdiqlənməsindən dərhal sonra toyuq bir yumurta qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar