Dünyanın ən yaşlı  pişiyi
08 aprel 2023 11:41 (UTC +04:00)

Dünyanın ən yaşlı pişiyi

0

Dünyanın ən yaşlı pişiyi bəlli olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə dünyanın ən yaşlı pişiyi ehtimal olunan 31 yaşlı pişik tapılıb.

72 yaşlı Laila Brissette 1991-ci ildən Rozi adlı pişiklə yaşayır. Yaşına baxmayaraq, pişiyin bütün dişləri yerindədir.

Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır və yemək yeyir:

"Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs alıb-almadığını yoxlamaq məcburiyyətindəyəm. Onun ölümü həyatımda böyük boşluq yaradacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2340

Oxşar yazılar