Dünyanın ən erkən doğulan əkizləri Kanadadır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əkizlər cəmi 22 həftəlikdə doğulub və hər birinin çəkisi yarım kiloqramdan az olub.
Həkimlər uşaqları xilas etməyin mümkün olmadığını bildiriblər. Çünki uşaqlar beyin qanaması, bağırsaq perforasiyası və ağciyər xəstəlikləri kimi bir sıra ağırlaşmalarla doğulublar. Amma bununla belə, uşaqlar sağ qalıb.
Anaları iddia edir ki, vaxtından əvvəl doğulmuş körpələr lazımi dəstək və müalicə ilə inkişaf edə bilər.