İsveçrədəki zooparkda Qalapaqos tısbağası balalayıb.
Lent.az-ın xəbərinə görə, Lozan zooparkında dünyaya göz açan balanın təngi sarımtıl, gözləri qırmızıdır. Başqa sözlə, tısbağa albinosdur. Balanın çəkisi cəmi 50 qramdır, cinsi məlum deyil.
Alimlərin fikrincə, dəridə piqmentlərin yoxluğu genetik xəstəliklə əlaqədardır və həyati təhlükə yaratmır.
Tısbağanı görmək üçün insanlar zooparka axın edib.