Dolça bürcü  kişisinin xarakteri necədir?
14 iyun 2022 09:24 (UTC +04:00)

Dolça bürcü kişisinin xarakteri necədir?

Hava qrupuna aid olan və Saturn planetinin idarə etdiyi Dolça bürcləri təbiətcə çox seçicidir. Onlar hər zaman rəqibini çox diqqətlə araşdırır. Əsas xarakterləri dedikdə ilk ağıla liderlik gəlir. 

Bəs, ayrılıqda dolça bürcünün kişi nümayəndələrinin xarakteri necədir? 

Lent.az  onların xarkteristikalarını təqdim edir: 

Dolça kişiləri ümumilikdə ağıllı və sistemli insanlardır. Əsas xüsusiyyətlərindən biri onların azadlığı sevməsi və fərqli düşüncələrə sahib olmalarıdır. Nə qədər optimist olsalar da, azadlıq onların qırmızı xəttidir. Onlar bunun üçün daim mübarizə aparmağa hazırdırlar. 

Çox duyğularını, hisslərini bildirən deyillər. Buna görə də onları başa düşmək biraz çətindir. Ancaq əyləncəli olmaları ətrafdakılar tərəfindən çox sevilir. 
Dolçü bürcünün kişi nümayəndələri adətən orta və ya hündür boy olurlar. Onlar özlərinə baxmağı və qayğı göstərməyi sevirlər. Hətta yaşlansalar belə baxımlı qala bilirlər. 

Onların müsbət xarakterləri xeyirxah və nəzakətli olmalarıdır. Hər zaman başqalarına kömək etmək və nə isə öyrətmək üçün həvəslidirlər.  

Bu bürclər ən çox inadkarlıqları ilə tanınır. Dolça kişiləri sirli qadınlarla daha çox maraqlanır. Onlar içində maraq oyatmayan qadınlarla münasibət qursalar belə, bir müddət sonra həmin münasibətdən imtina edirlər. 

Dolça kişiləri məntiqlə hərəkət etdiyi üçün iş həyatında çox vaxt uğur qazanırlar. Bu xüsusiyyətlərinə görə, onlar oğlaq bürcləri ilə çox oxşayırlar. Onlar ailə və iş həyatı arasında heç vaxt dilemmada qalmırlar. Hər ikisinə ayrılıqda lazımi dəyəri verməyi bacarır. 

Dolça kişilərinin sevgisini ilk vaxtlar hiss etmək bir az çətindir. Çünki bunu hiss etdirməyi bacarmırlar. Onlar adətən bəyəndikləri qadınları seçirlər və zamanla ona aşiq olmağa üstünlük verirlər. Onlar sevdiyi qadına sadiq olmaqları ilə bilinir. Ona görə qarşı tərəfin də belə olduğunu düşünürlər. Demək olar ki, qısqanc deyillər. Qısqanclıq etsələr belə, bunu hiss etmək mümkün olmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17346
avatar

Sevinc Fərid

Oxşar yazılar