Doğulduğu fəslin insanın xarakterinə təsiri varmış - Fəslini de, kim olduğunu deyim
06 iyul 2022 14:09 (UTC +04:00)

Doğulduğu fəslin insanın xarakterinə təsiri varmış - Fəslini de, kim olduğunu deyim

Mütəxəssislərin fikrincə, insanların sevimli fəsli onun xarakterindən xəbər verir. Hansı fəsli çox sevməsinə görə insanları psixotiplərə bölmək mümkündür.  Lent.az fəsillərə sevginiz əsasında xarakter tipinizi təqdim edir:

Yay fəslini sevən insanlar lider ruhlu olurlar.

Onlar təbiətcə çox yüksək keyfiyyətlərə malik, zəkalı və özlərinə əmin insanlardır. Həyatı daha rəngli və parlaq yaşamağı seçirlər. İnadkar olduqları üçün çox nadir hallarda güzəştə gedirlər. Çox rahat şəkildə problemləri həll edə, istənilən vəziyyətdən çıxış yolu tapa bilirlər.

Payız insanları  dəyişkən xarakterli olurlar.
“Payız fəslini sevənlər daha çox romantik insanlar olurlar” deyimi əfsanədir. Psixoloqların fikrincə, payızı sevən insanlar daha çox ciddi, qapalı və utancaq  olurlar: “Onlar çox şeyi danışmaz, hər mühitə və hər insana uyğunlaşmazlar. Həyatlarına yeni insanları qəbul etməkdə tərəddüd edirlər. Səs-küylü mühiti sevməz, yeni insanları tanımağa cəhd etməzlər. Əsəb sistemləri çox zəifdir. Depressiyaya meyilli olurlar. Pozitiv ab-havadan əsəb moduna keçmələri an məsələsidir.

Qış insanları çox düşünüb, az danışmağı sevirlər.

Həyatda özləri, öz prinsipləri üçün yaşayırlar. Eynilə payız insanları kimi qapalıdılar və səs-küylü ortamdan uzaq dururlar. Normadan artıq münasibəti, ünsiyyəti sevmirlər. Ətrafında özləri kimi düşünən insanları saxlamağa çalışırlar. Çox tələbkar və inadkardırlar.

Mütəmadi olaraq insanları sınamağa çalışırlar. Çox düşünüb, az danışmağı sevirlər. Soyuq sevdikləri üçün özləri də soyuq olurlar. Nə yaşayırlarsa, iç dünyasında yaşayırlar. Bu ruh halı onların ətrafına da təsir edir.

Yaz insanlarının dostluqları anlıq olur.

Yaz insanları tez-tez depressiyaya düşməyə meyilli olsalar da, düşdükləri kimi çıxmağı da bacarırlar. Sevimli fəsli yaz olanlar daha çox mülayim və şən insanlardır. Həyatın dərinliklərinə varmır, hər şeyə rahat baxırlar. Yəni qayğısızdılar. Özlərini xoşbəxt etməyi çox sevirlər. Özləri üçün tələbkardılar. Xaraktercə eqoist, təbiətcə romantik olurlar. Yaz kimi hər şey onlar üçün tez gəlib keçir. Qətifikirli deyillər. Ünsiyyəti, macəranı çox sevirlər. Gözləyirlər ki, kimsə onun əvəzinə qərar versin. Dostluq etməyi sevsələr də, təəssüf ki, uzun müddət çəkmir.

# 2787
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar