İlk baxışdan oxucuda sual yarana bilər: nə dəxli var?
Cavab sadədir: söhbər Ginnesin Rekordlar Kitabına düşmüş dırnaqlardan gedir.
Lent.az-ın xəbərinə görə, Hindistan vətəndaşı Şirdar Şilalı orta məktəbdə müəllim dırnağına görə danladıqdan sonra o, ümumiyyətlə dırnaqlarını tutmamaq qərarına gəlib.
Beləliklə, 66 il ərzində onun sol əlinin dırnaqlarının ümumi uzunluğu 9,6 metr olub. Şəhadət barmağındakı dırnaq nə az, nə çox 197,8 sm idi.
Şilal özü dəfələrlə dırnaqlarının çox kövrək olduğunu, gecə ehtiyatla yatdığını bildirib. 2015-ci ildə isə ümumiyyətlə yuxu problemləri yarandığını dilə gətirmişdi.
Nəhayət, bir müddət əvvəl Şilal bu rekorddan qurtulmaq qərarına gəlib. O, dırnaqlarını kameraların qarşısında kəsərək yerli muzeyə bağışlayıb.