Conson Zelenskinin gödəkçəsini BU QİYMƏTƏ  satdı
07 may 2022 12:36 (UTC +04:00)

Conson Zelenskinin gödəkçəsini BU QİYMƏTƏ satdı

Ukrayna prezidenti Vladimir Zelenskinin gödəkçəsi "Sotheby's" hərracında 90 min (188,8 min manat) funt-sterlinqə satılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, satışlar başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları aktiv olmağa çağırıb. 

Lotun ilkin dəyəri 50 000 funt sterlinq olub.

Conson Zelenskini “zəmanəmizin ən heyrətamiz liderlərindən biri” adlandırıb:

“Cənab Zelenskinin Ukrayna prezidenti olması Rusiya prezidenti Putin üçün fəlakət, Ukrayna və dünya üçün xeyirdir”.  


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Sevinc Fərid

Oxşar yazılar