Çildağda gizlənən SİRR
16 iyul 2022 15:55 (UTC +04:00)

Çildağda gizlənən SİRR

Görəsən bizim əcdadlarımız insan bədəni barədə vacib məlumatları necə öyrənirdilər?

Müasir tibbə qədim tibbin yenidən dönüşü də demək olar. İynəbatırma, həcəmət, qanalma, belə küpə qoyulması, zəli və bunun kimi bir çox qədim təbabət metodları indi ən müasir klinikalarda da tətbiq olunur. 

Daha bir metod  qorxunun dağbasma yolu ilə götürülməsidir. Yəqin Çildağ barədə eşitmisiniz.

Çıldağçının toxunduğu nöqtələr elmi təsdiqini tapmış tibbi nöqtələrdir və eyni nöqtələrdən Çin təbabətində, iynəbatırmada (akupunktura) istifadə olunur. 

Müasir psixoloqlar məsləhət görürlər ki, insan qorxularını yenmək üçün qorxusunun üstünə getməlidir. Çıldağ da qorxunu qorxu ilə aradan qaldırmağı hədəfləyib. Çıldağ edən odlu pambıqla alına, boyuna, boğaza, onurğa sütunu boyunca 3 nöqtəyə, göbəyə, dizlərə, əlin üstünə, biləyə, dirsəyə, topuqlara “dağ” basır. Xoş gizilti ilə bərabər diksinmə, oyanma başlayır. Məhz xüsusi nöqtələr hesabına bədən “oynayır”, hətta prosedurdan bir neçə saat sonra da müəyyən yanma duyğusu davam edir.

Həkimlər Çıldağ zamanı orqanizmdə qan dövranının sürətləndiyini bildirirlər. Bizim Çıldağ edənlərin toxunduğu nöqtələr alternativ tibbin çakralar adlandırdığı nöqtələrdir. Qədim azərbaycanlıların, oda tapınan atəşpərəstlərin görünür ki, çakralar barədə məlumatı olub. 

Bəs görəsən bu böyük elmi kim kimdən götürüb? Qədim mədəniyyətə sahib olan hindlilər bizdən, yoxsa biz hindlilərdən? 
Atəşpərəst babalarımız oda yalnız sitayiş etməyiblər, ondan sağlamlıq, təmizlənmək üçün də istifadə ediblər. Qədim türklərin mədəniyyətində oda tapınmaq, şamanizmdə isə odla müalicə var. Bax beləcə, Çildağ min illərlə yaşı olan bir sirrin, tarixin və ya elmin daşıyıcısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333

Oxşar yazılar