Çayın az məlum olan  FAYDALARI
21 may 2023 19:30 (UTC +04:00)

Çayın az məlum olan FAYDALARI

Dietoloq Anjelika Dyuval qara və yaşıl çayın az bilinən sağlamlıq faydalarına diqqət çəkib.

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, bu məşhur içki nəinki tonlandırır və canlanmağa kömək edir, həm də güclü müalicəvi xüsusiyyətlərə malikdir. 

Dyuval deyib ki, çay yarpaqlarında çoxlu miqdarda tanin var, bu maddə bakterisid və iltihab əleyhinə təsir göstərir. Bunun sayəsində çay yaraların sürətlə sağalmasına kömək edir.

Həmçinin, diyetoloqun inandırdığı kimi, bu içki qan təzyiqini normal saxlamağa kömək edir.

“Çayın tərkibində katexinlər var - qanaxmaların qarşısını alan və qan damarlarının divarlarını gücləndirən üzvi maddələr. Vitamin P normal qan təzyiqini saxlamağa kömək edir. Həmçinin içki köpməyə və allergiyaya qarşı yaxşı təsir göstərir”, - dietoloq vurğulayıb.

Bundan əlavə, çayın tərkibində yüksək miqdarda polifenolik birləşmələr olduğuna görə güclü antioksidant kimi işləyir və nəticədə gəncliyin uzanmasına kömək edir..

Yekun olaraq, dietoloq xəbərdarlıq edib ki, bu içki sidikqovucu təsirə malikdir, buna görə dozaya riayət etmək vacibdir, çünki o, orqanizmdən təkcə zərərli maddələri deyil, həm də kalsium kimi faydalı maddələri "yuyur".

Çay kəskin mərhələdə mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün təhlükəli olan mədə turşusunun istehsalını da artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar