Bu kənddə 3,5 saat  oruc tuturlar
19 mart 2024 14:43 (UTC +04:00)

Bu kənddə 3,5 saat oruc tuturlar

Ommanın Vekan kəndi hər il Ramazan ayında diqqət çəkir. Bu kənddə oruc müddəti dünyanın hər yerindəkindən çox qısadır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dağlar arasında geniş vadidə yerləşən Vekan kəndinin camaatı günəşi cəmi 3 saat görə bildiklərinə görə özləri belə bir qayda tərtib ediblər.

Ramazan ayında oruc müddəti qısa olduğuna görə Ommanın başqa yerlərindən bura turistlər axın edib, yerli qaydalarla oruc tuturlar.

2 min sakini olan bu ərəb kəndində orucluğun bu qaydada tutulmasının düz olub-olmamasını demək çətindir, hər halda, burada belədir.

Dağlar arxasında qalan günəşi kənd camaatı səhər 11-də görür, 14.30-da günəş dağlar arxasında görünməz olur. Vekanlılar da günün doğuşunu- batışını belə qiymətləndirirlər.

 

# 3786
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar