“All About Photo Awards 2022” beynəlxalq foto müsabiqəsinin qalibləri məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışmada dünyanın bir çox yerindən olan peşəkar fotoqrafların və həvəskarların çəkdiyi şəkillər təqdim olunub.
Şəkillərin əksəriyyəti sosial problemlər və canlı təbiət də daxil olmaqla müxtəlif mövzuları əhatə edir.
Bu şəkillərdən bir neçəsini təqdim edirik:
Əfqanıstanda çəkilmiş bu şəkil birinci yeri tutub.
İkinci yerin sahibi Hindistandan olan kabab satıcısıdır.
Meşələrin yandığı Evia adasında ağlayan qadının şəkli üçüncü yerdədir.
Dördüncü yerdə ABŞ-ın Major bölgəsində çəkilmiş “Tufan dalınca” adlı şəkildir.
İrlandiyalı turistlərin etnik qrupundan olan bu qızın şəkli ilk beşliyi tamamlayır.
Fotoqraf Paolo Quadrini tərəfindən çəkilmiş “pandemiya dövründə üzgüçü” fotosu altıncı yerdədir.
Yeddinci yerdə ovda şikarını gözləyən vəhşi vaşaq şəklidir.
Fotoqraf Deb Lealının “Sevgi hekayəsi” fotosu da qaliblər arasındadır.
Doqquzuncu yerin sahibi fotoqraf Antonio Dentinin İraqın Mosul şəhərində çəkdiyi şəkildir.
Onuncu yerdə fotoqraf Trunq Fam Huyun çəkdiyi “çay yığımı” şəklidir.