İnsan həyatı ağ və qara zolaqlıdır. Elə bürclər var ki, o bürclərdə doğulanlar həmişə xoşbəxt olurlar.
Lent.az həmin dörd bürcü təqdim edir:
Əkizlər – daimi xoşbəxtliklərinin səbəbi optimist, yəni həyatsevər olmalarıdır. İti ağılları və diplomatiyaları onlara bütün situasiyalara fəlsəfi yanaşıb anı dəyərləndirməyə kömək edir.
Oğlaqlar - güclü enerjiyə malikdirlər. Bu da onlara bütün məqsədlərinə çatmaqda yardımçıdır. Məqsədə çatmaq və bəhrəsini görmək onları xoşbəxt edir.
Oxatanlar - emosiyalarla yaşayırlar. Tez-tez mühiti dəyişmək, maddi varlqılardan uzaq olmaq onları xoşbəxt edir.
Dolçalar - özünüinkişafla məşğul olmaqdan və daxili aləmlərini kəşf etməkdən zövq alırlar. Buna aludəlikdən xoşbəxt olurlar.