Bu bina zəlzələnin mərkəzində necə ayaqda qalıb?
22 fevral 2023 10:49 (UTC +04:00)

Bu bina zəlzələnin mərkəzində necə ayaqda qalıb?

Kahramanmaraşda yaşayan bir ailə baş verən ardıcıl iki güclü zəlzələdən heç bir itki və ziyan görməyib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ailə başçısı Mehmet dayı evi tikərkən ustaların fərqli üsullardan istifadə etdiyini bildirib: 

“Bina tikərkən sement və dəmiri özüm alırdım. Bir gün gəldim gördüm ki, ustalar çox sıx şəkildə, hər yerə  yerə dəmir qoyurlar, qəlib ustasına dedim ki, məni müflis edəcəksən, yerə bu qədər dəmir döşənər? Usta mənə dedi ki, Mehmet dayı, 9 bal gücündə zəlzələ olsa da, bu bina dağılmayacaq. Bu evin tikilməsinə 19 ton 750 kilo dəmir istifadə etmişəm. Evimi tikan ustanın necə haqlı olduğunu indi çox yaxşı başa düşürəm. Həmin ustaya üzr borcum var”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Arzu Qurbanlı

Oxşar yazılar