Brejnevin GİZLİ ARXİVİ:  Mühüm dövlət qərarları burda müzakirə edilirmiş
30 aprel 2022 09:05 (UTC +04:00)

Brejnevin GİZLİ ARXİVİ: Mühüm dövlət qərarları burda müzakirə edilirmiş

SSRİ Mərkəzi Komitənin Baş Katibi Leonid İliç Brejnev həddindən artıq qalın qaşlara sahib və “ehtiraslı öpüşlərin” həvəskarı kimi də sovet vətəndaşlarının yadında qalıb. 

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, sovet liderinin daha çox həvəs göstərdiyi, hətta həyatının ayrılmaz bir hissəsi kimi qəbul etdiyi “ov xəstəliyi” idi.

Ovçuluq, bəlkə də Leonid İliçin əsas həvəsi idi. Arxiv materiallarında üzə çıxıb ki, o, bəzən mühüm siyasi məsələləri ovçuluq etdiyi məkanda - Zavidovoda həll edirmiş.

Brejnev ov üçün daha çox, Zavidovo əyalətini seçmişdi. Buranın təbiəti ona o qədər əziz idi ki, dövlət işlərini belə buradan idarə etməkdən çəkinmirdi.

Bir sözlə, Zavidovo baş katib üçün təkcə istirahət məkanı deyil, həm də iş yeri idi.

O, mühüm siyasi məsələlərin müzakirə olunduğu Siyasi Büronun özünə yaxın olan üzvlərini bura dəvət edir, qərarlar qəbul edirdi. Artıq bu, adi hal almışdı, ən mühüm dövlət və partiya sənədləri məhz Zavidovoda hazırlanırdı.

Daha maraqlı fakt isə bu kompleksdə həm də xarici qonaqlarla işgüzar qəbulların təşkili, danışıqların aparılması idi.

Arxiv materiallarında qeyd edilir ki, Yuqoslaviya prezidenti İ.B.Tito, ABŞ dövlət katibi H.Kissincer də Zavidovoda Brejnevin qonağı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4818
avatar

Rəsul SARI

Oxşar yazılar