Balıq bürcü  qadınlarının xarakteri necədir?
29 iyun 2022 09:22 (UTC +04:00)

Balıq bürcü qadınlarının xarakteri necədir?

Balıqlar bürcü Zodyakın on ikinci bürcüdür. Hər il fevralın 19-dan martın 20-dək olan tarixdə doğulanlar bu bürcün nümayəndələridir. Yupiter və Neptunun idarə etdiyi, su qrupuna aid olan Balıq bürcləri səbirli, əliaçıq və həssaslıqları ilə tanınır. 

Bəs, ayrılıqda balıq bürcünün qadın nümayəndələrinin xarakteri necədir? 

Lent.az onların xarkterlərini təqdim edir:

Balıq bürcü qadınları çox emosionaldır və güclü intuisiyaya, mənəviyyata, mülayim xarakterə malikdir. Onlar həyatın bənzərsiz mövcud nizamından dərin mənalar axtaran və bunu tapan qadındır. 

Sədaqət və qayğı dedikdə, Balıq bürcü qadınları ağla gəlir. Bu xüsusiyyətləri sayəsində Balıq qadını yaxşı ana, dost, sevgili və həyat yoldaşı olur. Bu bürcün nümayəndələri geniş dost çevrəsinə malikdir. 

Melanxolik xarakterə malik olduqları üçün ən kiçik problemdə spirtli içkilərə sığınırlar. Onlar çox enerjili və əyləncəni sevən insanlardır. Balıq qadını çox güclü danışıq qabiliyyətinə malik olduğu üçün mübahisə edərkən qarşı tərəfi asanlıqla heyran edə bilir. Bu da onların əsas müsbət tərəflərindəndir. 

Balıq qadınlarının mənfi cəhəti isə indiki və gələcək haqqında düşünməmələridir. Yəni, çox rahatdırlar. Xəyal dünyasında yaşayıb reallıqlardan uzaqlaşırlar və bununla da xoşbəxtliyi tapırlar. 

Ən adi bir xoşagəlməz hadisədə kövrəlir və ağlamağa üz tuturlar. 

Balıq qadının sevgi münasibəti onun üçün çox önəmlidir. Həyatı boyu tez-tez aşiq olurlar. Amma əsl sevgini tapdığı zaman heç bir sərhəd tanımır və son dərəcə romantik bir qadına çevrilirlər. Münasibətlərdə diqqətli və nəzakətli tərəf olurlar. Balıq qadınları daim qarşı tərəfdən qayğı və sevgi gözləyir. Hər zaman əzizlənmək istəyirlər. 

Onların iş həyatına gəldikdə, sənətçi ruhuna sahibdirlər. Buna görə də onlar ofis kimi işlərdə çox sıxılır. “Freelance”, yəni sərbəst işləməyi daha çox sevirlər. Buna görə əksər vaxtlar iş həyatında nailiyyət əldə edə bilmirlər. 
 

# 17184
avatar

Sevinc Fərid

Oxşar yazılar