Bir qrup alim yuxu zamanı insan beynini analiz etmək qərarına gəlib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, məlum olub ki, kabuslar beynin iki sahəsi arasında disbalans olduqda yaranır.
Kabusların baş verməsində əsas məqam beynin yalnız bir yarısında müəyyən bir növ beyin fəaliyyətinin daha yüksək olduğu frontal alfa asimmetriyasıdır.
Alimlər 17 könüllünün beyin bölgələrini tədqiq etdikdən sonra bu qənaətə gəliblər. Beyin yuxudan əvvəl və sonra analiz edilib. Tədqiqatçılar yuxu görərkən hirs zamanı beynin emosiyaları necə idarə etdiyini müşahidə ediblər.
Məlum olub ki, beyin fəaliyyətinin azalması yuxu zamanı daha çox kabuslara səbəb ola bilər. Sadəcə olaraq, beynin sol tərəfi nə qədər aktivləşərsə, xoşagəlməz yuxular görmə ehtimalı bir o qədər yüksəkdir. Alimlər ümid edirlər ki, bu tədqiqatlar dərmanların inkişafına kömək edəcək.