94 yaşlı kişi Milad bayramını qeyd etmək üçün polisləri çağırdı
28 dekabr 2020 19:06 (UTC +04:00)

94 yaşlı kişi Milad bayramını qeyd etmək üçün polisləri çağırdı

İtaliyanın Alto-Rino qəsəbəsindən olan 94 yaşlı italiyalı Miladda özünü yalnız hiss etdiyi üçün karabinerləri çağırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yaşlı kişi polisə 10 dəqiqə gələ biləcək sərbəst bir zabitinizin olub-olmadığını soruşaraq, birlikdə bayram tostu demələrini istəyib.

Karabinerlər ölkədə koronavirus pandemiyası səbəbindən başqa şəhərdə yaşayan uşaqları və nəvələrinin gələ bilməməsini nəzərə alaraq babanın istəyini yerinə yetiriblər. Yaşlı italiyalının yanına dərhal ikipolis gəlib.

İkinci Dünya Müharibəsi dövründə polis rəisi olan yaşlı kişinin xatirələrini dinləyiblər, lətifələrinə gülüblər və sonra hamısı birlikdə video əlaqə vasitəsi ilə qohumlarına zəng ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar