Kanadada mumiyalanmış dinozavr qalığı aşkar edilib.
Lent.az-ın Ridinq Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tapıntının xarakterik cəhəti daşlaşmış da olsa, qorunub saxlanılan dəridir.
“Tapılan qalıq 77-75 milyon il əvvəl yaşamış gənc ot yeyən hadrosaura aiddir. Bu, bütün dinozavrların nəsli kəsilmədən təxminən 10 milyon il əvvəl baş verib”, - dey alimlər qeyd edib.
Aşkarlanan qalıq dinozavrın quyruğunun bir parçası olub.
Lakin növün dəqiq müəyyən edilməsi kəllə sümüyünün tapılmasını tələb edir, ona görə də qazıntılar davam edir.